...

Botsvanada dünyada üçüncü ən böyük almaz tapılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2021 07:14 (UTC +04:00)
Botsvanada dünyada üçüncü ən böyük almaz tapılıb

Bakı. Trend:

Botsvanada ölçüsünə görə dünyada üçüncü ən böyük almaz tapılıb.

Trend-in məlumatına görə, mineralın çəkisi 1 174 karat təşkil edir.

Almaz yalnız iki daha əvvəl aşkar edilən qiymətli daşlardan kiçikdir: iyirminci əsrin əvvllərində tapılan "Kullinan"dan (3 106 karat), və 2019-cu ildə özü ilə eyni yataqdan tapılan. "Sevelo"dan (1 758 karat).

"Bu həm bizim, həm Botsvana üçün tarixi tapıntıdır", - almazı aşkar edən Kanadanın "Lucara Diamond" şirkətinin direktoru Nasim Laxri deyib.

Xatırladaq ki, Botsvana Afrikada ən böyük almaz istehsalçısıdır və 2019-cu ildə bu sahədən ölkə 23,6 milyon karat hasil edərək 3,43 milyard dollar əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti