...

Azərbaycanda sahibkarlar Aİ-nin dəstək proqramı çərçivəsində 6 milyon avroya yaxın vəsait alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2021 13:35 (UTC +04:00)
Azərbaycanda sahibkarlar Aİ-nin dəstək proqramı çərçivəsində 6 milyon avroya yaxın vəsait alıb

Bakı. Ləman Zeynalova - Trend:

2019-2020-ci illərdə Azərbaycanda 26 684 kiçik və orta sahibkarlıq müəssisəsi "EU4Business" təşəbbüsü çərçivəsində dəstək alıb.

Trend bu barədə Avropa İttifaqına (Aİ) istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə 700 sahibkar Aİ-nin kiçik və orta biznesə dəstək proqramı çərçivəsində 5,7 milyon avro vəsait əldə edib:

"Kiçik və orta müəssisələrə 24 mindən çox məsləhət xidməti göstərilib. Dəstək göstərilən müəssisələrin gəlirləri 2020-ci ildə 13 faiz artaraq təxminən 34 milyon avro təşkil edib. Göstərilən dəstək sayəsində təkcə 2020-ci ildə 1 275 yeni iş yeri yaradılıb".

Qeyd edək ki, Aİ yerli maliyyə müəssisələri vasitəsilə maliyyələşdirmə və zəmanət təqdim edir. Bu, yerli kreditorlara kiçik və orta müəssisələrə daha əlçatan maliyyə vəsaiti təqdim etməyə imkan verir. Aİ kifayət qədər dəstək görməyən aşağı gəlrili mikromüəssisələrə və ev təsərrüfatlarına, eləcə də aqrar-qida sektorunda, pərakəndə ticarətdə kiçik və orta müəssisələrə güzəştli kreditər təqdim edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti