...

"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2021 16:18 (UTC +04:00)
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Paşa Bank" Azərbaycanın startap ekosisteminin inkişafı üçün yeni layihələri dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu bu gün "Paşa Bank"ın idarə heyətinin üzvü Cəlal Orucov İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bank tərəfindən bəzi layihələr üzrə müavfiq sazişlər imzalanıb: ""Paşa Bank" startap layihələrin cəlb olunması üçün platforma yaradıb. Bu layihə "Paşa Bank"ın bank məhsulları və alətlərin yayılmasına da yönələcək. Bu, həm də startapçılara qazanmaq imkanı verəcək".

C.Orucov qeyd edib ki, "Paşa Bank" Azərbaycan Mərkəzi Bankı ilə fəal əməkdaşlıq edir: "Hazırda Mərkəzi Bank açıq bankçılıq üzrə layihə hazırlayır. Bu, bank təşkilatları ilə startap layihələr üzrə əməkdaşlığı gücləndirməyə imkan verəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti