...

BMT-nin İnkişaf Proqramı Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2022 10:52 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramı Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İnkişaf Proqramı Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov Avropa İttifaqının "Azərbaycanda innovativ və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, BMT İnkişaf Proqramı Azərbaycana sosial müəssisələrin inkişafı üçün dəstək göstərməkdən məmnundur.

"Biz Azərbaycanın sosial sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndiririk və bu sahədə təcrübəmizi bölüşməyə hazırıq", - deyə o bildirib.

S.Xocimatov, həmçinin sosial-iqtisadi problemlərin həllində və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasında sosial müəssisələrin vacib rolunu vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti