Bakı. Trend:
Son iki il ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 60 startap sertifikatı verib.
Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyəti sədrinin müavini Samir Hümbətov "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, gələcəkdə sertifikatların verildiyi startap layihələrin maliyyələşdirilməsi məsələsinin işlənməsi nəzərdə tutulur.
"Sertifikat almış bəzi startapçılar var ki, onlardan gözlənilən fəaliyyəti göstərə bilmir. Ona görə də maliyyələşmə və kreditləşmə alətlərinin yaradılması lazımdır", - deyə o bildirib.