...

PAŞA Bank və Türk Hava Yolları "Miles&Smiles" layihəsi çərçivəsində əməkdaşlığı uzatdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2022 16:19 (UTC +04:00)
PAŞA Bank və Türk Hava Yolları "Miles&Smiles" layihəsi çərçivəsində əməkdaşlığı uzatdı (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Bank və Türk Hava Yolları "Miles&Smiles" layihəsi çərçivəsində əməkdaşlığı daha üç il uzadıb.

Trend xəbər verir ki, sənədi PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov və Türk Hava Yollarının nümayəndəsi Nuran Erdağ Haberdar imzalayıb.

Bu müqavilə 2025-ci ilə qədər əməkdaşlığı nəzərdə tutur.

"Bu məhsul ölkəmizin maliyyə bazarında özünü yaxşı tərəfdən göstərib. Qeyd edim ki, yaxın vaxtlarda bu məhsul çərçivəsində daha bir kampaniyaya start veriləcəyi gözlənilir", - deyə Orucov vurğulayıb.

O bildirib ki, PAŞA Private Banking (korporativ bankçılıq) çərçivəsində müştərilər üçün də analoji məhsulun istifadəyə veriləcəyi gözlənilir:

"Miles&Smiles məhsulu bankımızın məhsulları arasında nağdsız ödənişlərin dövriyyəsini əhəmiyyətli dərəcədə artırıb və biz müştərilər arasında da oxşar tendensiyanın müşahidə olunacağını gözləyirik".

Öz növbəsində, Türk Hava Yollarının nümayəndəsi Həmid Eldeleklioğlu bildirib ki, aviaşirkət Azərbaycan bazarında 1991-ci ildən fəaliyyət göstərir.

"Biz gələcəkdə də Azərbaycanla əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, bu layihə üzrə ilk müqavilə 2019-cu ildə imzalanıb. Bu günə qədər 15 000-ə yaxın "Miles&Smiles" kartı buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti