Bakı. Trend:
2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm və tədqiqatlar sahəsində 26 layihə maliyyələşdirib.
Trend-in məlumatına görə, bu barədə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün bu layihələr üzrə 500 min manatdan artıq vəsait ayrılıb.
“Bir qrant çərçivəsində sahibkar üçün 20 min manat məbləğində vəsait ayrıla bilər. Beləliklə, ikinci qrant müsabiqəsində təqdim olunmuş 12 layihə maliyyələşdirilib. Hazırda layihələrin üçüncü qrant müsabiqəsinə qəbulu davam edir, nəticələr fevral ayında elan ediləcək”, - o əlavə edib.