...

İsrail Azərbaycanın kənd təsərrüfatı sektorunda özünün innovativ texnologiyalarını tətbiq etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2023 16:36 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı sektorunda innovasiyalar tətbiq edilməlidir.

Trend-in məlumatına görə, bu barədə AgriGo şirkətinin baş direktoru "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, istər yerli, istərsə də xarici şirkətlərlə əməkdaşlığın inkişafına dair təşəbbüslərdən qorxmaq lazım deyil.

"Biz şirkətimizdə bu prioriteti əsas götürərək Azərbaycanda tətbiq edirik. Bizim İsraildə bir çox innovasiyamız var və onları Azərbaycana inteqrasiya edərək burada tətbiq etmək istəyirik. Lakin bunun üçün biz bazarı araşdırmalı və nail olmaq istədiyimiz məqsədləri anlamalı, yerli istehlak məqsədilə istehsalı böyütməli və ya ixraca yönəlməliyik. Biz Azərbaycanla əməkdaşlığın inkişafına müsbət baxırıq və yerli bizneslə münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti