...

Apple Pay və Google Pay ilə aparılan ödənişlərin həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2023 10:33 (UTC +04:00)
Apple Pay və Google Pay ilə aparılan ödənişlərin həcmi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Apple Pay və Google Pay vastəsilə nağdsız ödənişlər yanvar-may aylarında müvafiq olaraq 327 və 107 milyon manat olub.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib

Onun sözlərinə görə, Azərbaycanda mayın əvvəlinə kartların sayı 18 faiz artıb (14,5 milyon kartadək).

"Bu kartların 70 faizdən çoxu təmassız kartların payına düşür. Həmçinin qeyd etmək istəyirəm ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat olub. Nağdsız ödənişlərin ümumi dövriyyədə çəkisi 11,8 faiz artaraq 52 faizə çatıb. Apple Pay və Google Pay vasitəsilə ödənişlər müvafiq olaraq 327 və 107 milyon manat olub", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti