...

Bakı Fond Birjasında "Unibank" ASC-nin səhmləri yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2023 12:44 (UTC +04:00)
Bakı Fond Birjasında "Unibank" ASC-nin səhmləri yerləşdirilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Unibank" ASC-nin bu gün Bakı Fond Birjasında yerləşdirilən istiqrazları yeni rekord vəd edir.

Trend xəbər verir ki, bunu "Unicapital İnvestisiya Şirkəti" ASC-nin baş direktoru Vüqar Namazov "Unibank" ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsinə həsr olunmuş mərasimdə deyib.

"Birjada keçirilən 21 emissiyadan 13-də "Unicapital" anderrayter olaraq çıxış edib. Bu gün yerləşdirilən istiqrazların həcminin rekord göstəriciyə çataraq investorların "Unicapital"a verdiyi əhəmiyyəti və göstərdiyi etimadı göstərəcəyi gözlənilir", - deyə o vurğulayıb.

V.Namazov qeyd edib ki, bu istiqrazların yerləşdirilməsi maliyyə mənbələrini diversifikasiyalaşdırmağa və "Unibank"ın biznes təşəbbüslərini dəstəkləməyə imkan verəcək.

Onun sözlərinə görə, "Unibank" ASC maliyyə xidmətləri bazarında öz mövqeyini möhkəmləndirməyə davam edir.

"Fond birjasında istiqrazların yerləşdirilməsi ölkənin maliyyə infrastrukturunun inkşafında mühüm mərhələ olacaq və investorları portfelin diversifikasiyası üçün yeni imkanlarla təmin edəcək. Bu hadisənin Azərbaycanın bank sisteminin uzunmüddətli dayanıqlılığına və maliyyə bazarının inkişafına səbəb olacağını gözləyirik", - o deyib.

Qeyd edək ki, yerləşdirilən istiqrazların ümumi məbləği 20 milyon manat olacaq.

Sövdələşmələrdə hər biri 11,5 faiz gəlirliliyə malik 100 manat nominalında 200 min istiqraz yerləşdiriləcək və kupon ödənişləri hər 90 gündən bir həyata keçiriləcək.

İstiqrazların yerləşdirilməsinin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti