...

MİLLİ BANKDA 2005-Cİ İLİN 6 AYININ YEKUNLARI ÜZRƏ İCLAS KEÇİRİLİB.

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 17:56 (UTC +04:00)

Azərbaycan Milli bankının idarə heyəti ilin ilk altı ayı ərzində aparılmış işlərin yekunlarına həsr olunmuş iclas keçirilib. Azərbaycan Milli bankında Trend agentliyinə bildirilib ki, tədbirdə Milli bankın idarə heyətinin sədri Elman Rüstəmov iştirak edib.

Tədbirdə fəaliyyətə dair hesabatı AMB idarə heyətinin üzvü Aftandil Babayev oxuyub. Çıxışlarda yeni iqtisadi imkanlar, inflyasiya, kursun möhkəmləndirilməsi, adekvat pul, kurs siyasətinin hazırlığı və müvafiq tədbirlərmonetar idarəetmənin iqtisadi-araşdırma bazasının möhkəmləndirilməsi, struktur dəyişiklikləri və müvafiq institusionallaşdırma, ehtiyatlardan istifadə və s. kimi məsələlər müzakirə edilib.

Eyni zamanda valyuta ehtiyatlarının idarəedilmə səmərəliliyinin artırılması, gerçəkləşdirilən monetar idarəetmə fonunda bazarda əməliyyatların inkişafının tənzimlənməsi metodu kimi məsələlər müzakirə edilib, ölkədə bank inkişafı çərçivəsində baş verən tendensiyalar qeyd olunub.

"Ödəmə sistemləri və informasiya texnologiyalarının nəzarəti" strategiyasının təsdiqi, müvafiq bazanın yaradılması və tətbiqi, Milli bankda elektron idarəetmə sisteminin yaradılması üzrə hazırlıq işlərinin həyata keçirilməsi, "Əsas mühasibat sistemi"nin təkmilləşdirilməsi üzrə işlərə başlanılması, 3 iri layihə üzrə (denominasiya, ipoteka və Milli bank kassasının modelləşdirilməsi (xəzinədarlıq)) nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi və digər vacib məsələlər iclasda müzakirə edilib.

Yekunda Milli bankın sədri E.Rüstəmov qeyd edib ki, MB ilk yarımili qənaətbəxş göstərigilərlə başa vurub.Bank rəhbəri tədbirdə həm də yeni xəzinədarlığın istismara verilməsi ilə bağlı bütün təşkilati və texniki tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini, nəğd pulların daşınmasının risklə idarə edilməsini, müvafiq təhlükəsizlik tədbirlərini qeyd edib.

E.Rüstəmov denominasiya tədbirləri ilə bağlı yığılmış pulların saxlanılması, eləcə də yeni pul kupyurlarının istismara verilməsi və daşınması üzrə kompleks işlərin həyata keçirilməsi kimi məsələlərə də toxunub.

Xəbər lenti

Xəbər lenti