...

Beynəlxalq Maliyyə Təşkilatı qeyri-bank təşkilatlarının korporativ istiqrazlar bazarının inkişafında Azərbaycana kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2006 17:22 (UTC +04:00)

Qeyri-bank korporativ istiqrazlar bazarının yaradılmasında qiymətli kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) dəstək üçün First multi donor proqramı çərçivəsində texniki yardım göstəriləcək. Bu barədə jurnalistlərə QKDK-nin rəhbəri Gündüz Məmmədov bildirib. Trend bildirir ki, Dövlət komitəsi və Britaniyanın Emerging Market Economics Limited şirkəti arasında $450 min məbləğində qrant sazişi imzalanıb. Bu şirkətlə yanaşı proqramın sponsorları həm də Dünya Bankı, BVF, Kanada inkişaf agentliyidir.

Layihə 12 ay müddətinə nəzərdə tutulub və artıq məsləhətçilər - İngiltərənin Denemholl i SRA şirkətləri cəlb edilib. Bu şirkətlər istehsal, korporativ istiqrazların buraxılış planlarının gerçəkləşdirilməsi üçün texnologiyalar sahəsində artıq 5-6 şirkət seçib. May-iyunadək istiqrazları buraxacaq şirkətlərin adının elan ediləcəyi gözlənilir. QKDK bu məsləhətçilərlə hələ AB-nin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üzrə TASİS layihəsi ilə bağlı işləyib və bu çərçivədə 2004-cü ildə ilk bank korporativ istiqrazları buraxılıb və UniBank pilot bank olub. Sonra digər banklar da fəallaşıb.

G.Məmmədov ümid edir ki, yeni layihənin gerçəkləşdirilməsi ilə qeyri-bank təşkilatları tərəfindən də korporativ istiqrazların buraxılış prosesi sürətləndiriləcək. Baxmayaraq ki, ötən il korporativ istiqraz bazarı bütövlükdə azaldılmışdı. Əgər 2004-cü ildə istiqrazların $4,1 mln. məbləğində 4 buraxılışı qeydə alınmışdısa, 2005-ci ildə bu, cəmi 3 buraxılış ("Siyəzən-kərpiç" $2 mln. həcmində, Parabank - $1,6 mln. və "Atalizinq" -$0,5 mln.) olub.

2006-cı ildə G.Məmmədov emitentlərin sayının 10-12-dək artacağını proqnozlaşdırır.

Bəzi mütəxəssislər istiqraz bazarında həcmin azalmasını ötən il ölkədəki inflyasiya prosesi ilə əlaqələndirir. İnflyasiya nəzərə alınmaqla emitentlər qiymətli kağızlar üzrə faiz dərəcəsini artırmalı idi ki, bu da görünür onlara sərfəli olmayıb.

Xəbər lenti

Xəbər lenti