...

Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində iqtisadi sahədə 3 sənədin imzalanacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 18:45 (UTC +04:00)

Fevralın 21-də Rusiya Federasiyası prezidenti Vladimir Putinin Azərbaycana bir günlük səfəri çərçivəsində iqtisadi sahədə 3 sənədin imzalanacağı gözlənilir. Bu barədə hökumətdən Trend ə məlumat verilib.

Azərbaycan hökuməti eyni vaxtda Rusiyanın 3 vilayəti - Kemerovsk və Sverdlovsk vilayətlərinin, eləcə də Stavropol diyarının adminstrasiyaları ilə ilə ticarət-iqtisadi, elmi-texniki və mənədi əməkdaşlıq sahəsində Razılaşma imzalamağa hazırlaşır.

İkitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri fevralın 21-nə planlaşdırılan Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında müzakirə olunacaq. Ekspert qrupunun iclası fevralın 20-də keçiriləcək. Azərbaycanla Rusiya arasında hüquq-müqavilə bazasının inkişafına baxmayaraq, mövcud münasibətlərin mövcud səviyyəsi hələ iki ölkənin real imkanlarında öz əksini tapmır. Bu gün 90 müqavilə və razılaşma qüvvədəddir ki, onlardan 60-ı iqtisadi qarşılıqlı münasibətləri nizamlayır. Bütün bunlar nəzərə alınaraq gələcəkdə əməkdaşlığın imkanlarının daha da artırılması üçün əlavə tədbirlərin görülməsi zəruri hesab edilir. İkitərəfli əlaqələri sti¬mullaşdırması məqsədilə mal dövriyyəsinin strukturlarının optimallaşdırılması üzrə qarşılıqlı səylərin gücləndirilməsi' yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması ' kom¬mu¬ni¬kasiyaların inkişafı' ticarət-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı hərtərəfli dəstəyin göstərilməsi zəruridir.

2004 -cü ildə mal dövriyyəsi $778 mln. səviyyəsində olduğu halda 2005-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi $1,2 mlrd. təşkil edib. Bu zaman ixrac əməliyyatları 35,9% artaraq $285 mln.' idxal əməliyyatları isə 60'8% artaraq $915 mln. təşkil edib.

Respublikadan ixrac olunan malların nomenklaturasında təzə meyvə və tərəvəz' reaktiv yanacaq' pambıq' yarımfabrikatlar, elektrik malları üstünlük təşkil edir. Rusiyadan Azərbaycana isə əsas etibarilə' qida məhsulları, elektrik enerjisi, qaz, elektrik cihazları, vaqonlar, tikinti materialları, gəmilər ixrac olunub.

Xəbər lenti

Xəbər lenti