...

Azərbaycada ÜDM 48,1 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2006 15:23 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ÜDM-in həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 48,1% artıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, cari ilin qiymətlərində ÜDM göstəricisi 2006-cı il martın 1-nə olan vəziyyət üzrə 2228,9 mln AZN təşkil edib. Əhalinin adambaşına düşən ÜDM-in həcmi 46,5% artaraq 267,8 AZN ($292,4) təşkil edib.

Ölkənin ÜDM-də istehsal payı ötən ilin analoji dövrü ilə müqayisədə 77,3% artaraq 67,8% (1511,8 mln AZN) təşkil edib. Xidmətlərin həcmi 9,3% artıb və 25,4%-ə (565,5 mln. AZN) bərabər olub.

Xalis məhsul və idxal vergisi ÜDM-də 6,8% olub. Bu dövr ərzində sənayedə ÜDM-nin həcmi 1284,2 mln AZN (ümumi ÜDM-nin 57,6%-i), kənd təsərrüfatı -, ovçuluq sektoru və meşəçilikdə 34,8 mln AZN (1,6%), inşaat sektorunda 192,8 mln AZN (8,6%), nəqliyyat sektorunda - 131,8 mln AZN (5,9%), rabitə sektorunda - 57,1 mln AZN (2,6%), pərakəndə və topdan satış ticarətdə, avtomobil sahəsində, məişət məmulatları və şəxsi istifadə əşyalarının təmiri sahəsində - 147,3 mln AZN (6,6%), restoran və mehmanxana sektorunda - 16,8 mln. AZN (0,8%), sosial və digər xidmətlər sahəsində - 212,5 mln AZN (9,5%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti