...

Azərbaycan ərazisində çöl quşlarının tələfatı faktları kəskin azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 14:19 (UTC +04:00)

Azərbaycan ərazisində, xüsusilə Xəzər dənizinin sahilində çöl quşlarının tələfatı faktları kəskin azalıb. Trend in məlumatına görə, kənd təsərrüfatı Nazirlyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov bu barədə bildirib.

Onun sözlərinə görə, əgər bir neçə vaxt bundan öncə bu rəqəm 700 idisə, hazırda 50 quş cəmdəyinədək azalıb. Bu da onu göstərir ki, köçəri quşlar Azərbaycan ərazisindən uçub gedir.

"Yalnız Xidmət tərəfindən indiyədək dəniz sahilindən və Azərbaycanın regionlarından 26 min çöl quşu toplanıb və məhv edilib" -deyə İ.Həsənov qeyd edib.

Hava şəraitinin yaxşılaşması dezinfeksiya işlərinə xeyli dərəcədə müsbət təsir edir.

Bundan başqa, İ.Həsənov hesab edir ki, qışı digər ölkələrdə keçirib Azərbaycana qayıdan quşların miqrasiyası vaxtı "quş qripi" virusunun təhlükəsi böyük ola bilər.

"Biz artıq bəzi ərazilərdə riskə dair müəyyən məlumatlar əldə etmişik və yoluxmanın aradan qaldırılması üçün ev quşlarının vaksinasiyası planlaşdırılır, həmçinin quşçuluq müəssisələrində nəzarət gücləndiriləcək və müəssisələrin işçiləri vaksinasiyadan keçiriləcək" -deyə dövlət strukturunun rəhbəri sonda bildirib.

Xəbər lenti

Xəbər lenti