...

Azərbaycan avrobondların buraxılması üzrə fəal işə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2006 16:55 (UTC +04:00)

Sentybarın sonlarında Sinqapurda Beynəlxalq Valyuta Fondu və Dünya bankının illik iclasında Azərbaycanın təqdimatı keçiriləcək.

Azərbaycanın iqtisadi inkşiaf naziri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, ölkə artıq iki reytinqlə təmsil olunacaq və bunda məqsəd avrobondların buraxılması istiqamətində ciddi surətdə işləməkdən ibarətdir.

İyulda Deutsche Bank Azərbaycan hökuməti ilə müstəqil avrobondların buraxılmasında konsultasiya xidmətlərinin göstərilməsi üzrə danışıqları bərpa edib. Bu istiqamətdə Azərbaycana Fitch Raytings, City Group kimi beynəlxalq reytinq agentlikləri də öz köməyini təklif edir. Hökumətə avrobondların buraxılmasında daha 20 banka ( Commerz Bank, BNP Paribas və.s.) yardım göstərmək tövsiyə edilib. Məsləhətçi tender üzrə seçiləcək.

Avrobondların buraxılmasına dair təkliflər orta hesabla 5 il müddətinə 5-6% gəlirlilik səviyyəsindədir. Buraxılışın həcmi isə $250 mln təşkil edir. Azərbaycanın qiymətli kağızlar bazarına çıxması çox nüfuzlu prosesdir və kreditlərin verilməsi siyasətinə müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti