...

MDB ölkələri arasında sənayedə ən yüksək artım sürəti Azərbaycandadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 20:00 (UTC +04:00)

MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatlarına əsasən, 2006-cı ilin birinci yarımilində MDB ölkələrində sənaye istehsalı ötən ilin müvafiq dövrilə müqayisədə orta hesabla 5,5% təşkil edib.

"RBK" xəbər verir ki, sənayedə ən yüksək artım sürəti Azərbaycanda (41,1%), Belarusda (12,6%) və Türkmənistanda (22,4%) qeydə alınıb. Sənaye məhsulunun istehsalı Ermənistanda 1%, Qırğızıstanda - 6,8%, Moldovada - 6,4% azalıb.

2006-cı ilin iyulunda MDB ölkələri üzrə orta sənaye istehsalı may səviyyəsində qalıb. Ermənsitan, Belarus, Qırğızıstan, Moldova və Tacikistanda isə artım (2,5%, 3,9%, 8,3%, 19,9% və 8,5%) müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti