...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,5% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2006 12:02 (UTC +04:00)

Yanvar-iyun ayarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,5% artıb. Trend in Kazinforma-a istinadən xəbər verdiyi kimi, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin məlumatında deyilir. Özbəkistanda bu göstərici 7,2%, Belarusda - 6,9% artıb.

2005-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2006-cı ilin birinci yarısında MDB ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı 2,5% artıb. Ən çox artım (21,1%) Türkmənistanda qeydə alınıb.

Qazaxıstan kənd təsərrüfatı məhsullarının istehsalını 4,1%, Ukrayna - 3,2%, Qırğızstan - 2,3%, Moldova - 1,8%, Rusiya - 1,4% artırıb.

Yalnız Gürcüstanda kənd təsərrüfatı məhsullarının isiehsal həcmi aşağı düşüb (4,6%). Tacikistan isə istehsalın dinamikası ilə bağlı məlumat təqdim etməyib.

Xəbər lenti

Xəbər lenti