...

UniBank "yığım" əmanətinin faiz dərəcəsini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 17:45 (UTC +04:00)

UniBank KB "Yığım" depozitinin ABŞ dolları ilə həyata keçirilmiş əmanətləri üçün faiz dərəcələrini artırıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Beləliklə, bu valyutada həyata keçirilmiş "Yığım" əmanətinin faiz dərəcəsi 12%+1%-ə qədər artıb. Manatla "Yığım" əmanəti üzrə faiz dərəcəsi dəyişməz qalıb - 10,6%+1%.

Qeyd edək ki, verilən məhsul çərçivəsində Bank müştərilərinə əmanəti tamamlamaq imkanı verən depozit təqdim edib. "Yığım"ın daha bir üstünlüyü - onun üçüncü şəxsin adına rəsmiləşdirilməsi imkanıdır.

Bu depozit üzrə faiz dərəcəsi manatla illik 10,6% və ABŞ dolları ilə illik 12% təşkil edir. Lakin əgər hər ay depozitin əsas məbləğinə tamamlamalar həyata keçirilsə, əmanətin faiz dərəcəsi yenidən hesablanacaq və artıq müvafiq olaraq illik 11,6% və 13% təşkil edəcəkdir. Bu zaman faizlər həm əsas məbləğə, həm də artıq alınmış faizlərə və tamamlama məbləğinə hesablanırlar.

"Yığım" əmanətinin minimal məbləği 200 AZN və ya 200 ABŞ dolları təşkil edir, tamamlamanın minimal həcmi isə 50 AZN və ya 50 ABŞ dollarına bərabərdir.

Xəbər lenti

Xəbər lenti