...

"Det.Al Limited" "Daşkəsən filizsaflaşdırma kombinatı" səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 18:44 (UTC +04:00)

Azərbaycan Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi "Det.Al Limited" şirkətini "Daşkəsən filizsaflaşdırma kombinatı" səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Trend in xəbər verdiyi kimi, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, "Det.Al Limited" işlərin həyata keçirilməsi üçün "Daşkəsən filizsaflaşdırma" ASC-yə üç il ərzində $235,1 mln. məbləğində sərmayə yatırmaq niyyətindədir.

Bu vəsaitlər yüksək faizli dəmir kondensatı istehsalına nail olmaq üçün filizin saflaşdırılması üzrə müasir texnologiyaların tətbiqinə yönəldiləcək. Bu işlər sırasında konsentrasiya üzrə zavodun rekonstruksiyası da həyata keçiriləcək.

Səhmdar cəmiyyətə yatırılacaq investisiyalar nəticəsində qranulyasiya, əsaslı reduksiya və poladəritmə zavodlarının inşası da planlaşdırılır. İnvestisiya layihəsinə uyğun olaraq istehsalın həm bərpası, həm də inkişafı nəticəsində 2000-ə yaxın yeni iş yeri yaradılacaq. Əməkdaşların sosial məsələləri həll olunacaq. Maaşlar tədricən $350-dək qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti