...

"Ernst & Young" və ABŞ Ticarət Palatası ADİU tələbələrinə mühasibat uçotu və audit üzrə kurs təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2006 18:50 (UTC +04:00)

"Ernst & Young" şirkətinin Bakı ofisi, Azərbaycanda ABŞ Ticarət Palatası və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ADİU-da yeni təhsil proqramının dəstəklənməsi üçün əməkdaşlıq ediblər. Trend in "Ernst & Young"ın məlumatına istinadən xəbər verdiyi kimi, ABŞ Ticarət Palatasının maliyyə dəstəyi ilə "Ernst & Young" universitetin Xüsusi İstedadlar Qrupunun 4-cü kurs tələbələrinə mühasibat uçotu üzrə aralıq kurs təşkil edib.

"Ernst & Young" və ADİU 29 mart 2006-cı il tarixində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Sənəd təkmilləşdirilmiş təhsil proqramının işlənib hazırlanması, ictimaiyyətə mühasibat uçotunun və auditin əsaslarının öyrədilməsi və "Ernst & Young" şirkətinin audit təcrübəsində tələbələrin işə qəbul edilməsini nəzərdə tutur.

Bu təşəbbüsün çərçivəsində ilk mərhələ olaraq, "Ernst & Young" Bakı ofisinin idarəedici partnyoru Codi Kempbel mühasibat uçotu və maliyyə sahəsində karyera etmək marağında olan tələbələr üçün qabaqcıl mühasibat uçotu məsələlərinə dair yeni proqramın işlənib hazırlanması üçün qrup təyin edib. Kursun məqsədi tələbələri texniki baxımdan mürəkkəb mühasibat uçotu konsepsiyaları, standartların müəyyən edilməsi, yeni qlobal mühasibat uçotu standartlarına keçid və müstəqil audit prosesi üzrə təlimləndirməkdir.

ABŞ Ticarət Palatası təşəbbüsü dəstəkləyib və bütün tələbələr və təlimçi üçün kitabların alınmasını maliyyələşdirib. Kitablar universitetin işçiləri və tələbələrinə 9 oktyabr 2006-cı il tarixində keçirilmiş təqdimat mərasimində hədiyyə edilib.

Hal-hazırda "Ernst & Young" şirkətinin Mərkəzi Asiya və Qafqazda idarəedici partnyoru olan Codi Kempbel mühasib peşəsindəki son yeniliklər haqqında məruzə ilə çıxış edib və tələbələri mühasibat uçotu və audit sahələrində peşə seçməyə həvəsləndirib. Səfir Stenli Eskudeyro, ABŞ Ticarət Palatasının sədri Azərbaycanda milli quruculuq prosesində cavanların müasir və keyfiyyətli təlimləndirilməsinin vacibliyindən danışıb və Xüsusi İstedadlar Qrupunun dekanı Sevər Məmmədova və tələbələrə kitablar təqdim edib.

Universitetinin rektoru Şəmsəddin Hacıyev təşəbbüsü dəstəkləyib və bazarda yüksək tələbat olan peşəkar biliklərin cavanlara öyrədilməsi üçün daha çox tədbirlərin keçirilməsinə ümid etdiyini bildirib və öz işçilərinə "Ernst & Young" şirkəti ilə əməkdaşlıq edərək daha çox proqram işlənib hazırlanmasını tapşırıb.

"Ernst & Young" şirkətinin Bakıdakı direktoru İlqar Vəliyev bu proqramı şirkət tərəfindən öz sosial məsuliyyətinin etiraf etməsi kimi qiymətləndirib. Bu təşəbbüsü "Ernst & Young" şirkətinin MDB-də aparıcı partnyoru Karl Yoxanson 2006-cı ilin sentyabr ayında Bakıda olduğu zaman dəstəkləyib. Ofis hesab edir ki, bu proqram yaxın gələcəkdə ictimaiyyət üçün geniş miqyaslı təhsil proqramlarının tətbiqi yolunda ilk addımdır.

Azərbaycanın 2008-ci ildən etibarən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına planlaşdırılan keçidi əsnasında belə tələbatı artıq qiymətləndirmək çətindir. Kommersiya müəssisələri, hökumət və qeyri-kommersiya sektorunda hamının bu keçidi uğurla yerinə yetirə biləcək yüksək ixtisaslı mühasiblərə ehtiyacı olacaq.

Xəbər lenti

Xəbər lenti