...

Bakı metropoliteni rəisi: Dünya metropolitenləri rəhbərlərinin növbəti iclası Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 14:42 (UTC +04:00)

Dünya metropolitenləri rəhbərlərinin növbəti iclası 2007-ci ildə Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə bu gün Bakı metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə bildirib.

Bu qərar Assambleyanın noyabr ayında Santyaqoda keçirilmiş öncəki iclasında verilib.

İclasın ilkin olaraq keçirilmə tarixi 7-10 may planlaşdırılıb, lakin tarix hələ razılaşdırılacaq. Tağı Əhmədov bildirib ki, iclasda dünyanın təxminən 40 metropoliten rəhbərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti