...

"Bank of Baku" fevralın sonuna kimi AYİB-in kreditini almağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 18:46 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və "Bank of Baku" ASC arasında bankın iri korporativ sifarişçilərinin müəyyən layihələrinin birgə maliyyələşdirilməsi üçün 5 mln. dollar dəyərində razılaşma imzalanıb.

Banka istinadən Trend xəbər verir ki, bu layihə "Bank of Baku"nun iri korporativ sifarişçilərinə qeyri-neft sahəsində ekspanisiya üzrə planlarının həyata keçirilməsini sürətləndirməyə imkan verəcək. AYİB tərəfindən ayrılmış vəsait 2007-ci il fevralın sonuna kimi bank tərəfindən yerləşdiriləcək.

AYİB-in banka təqdim etdiyi vəsaitin ümumi həcmi bu gün 15,5 mln.dolar təşkil edir.

Xəbər lenti

Xəbər lenti