...

Milli Bankın idarə heyətinin sədri: "Köhnə əskinasların ödəniş vasitəsi kimi qəbul edilməməsi qanun pozuntusudur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 15:57 (UTC +04:00)

Hazırda dövriyyədə olan köhnə pulların ödəniş vasitəsi kimi qəbul edilməməsi qanun pozuntusudur. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib. "Prezident İlham Əliyevin məlum sərəncamına görə, dekabrın 31-i də daxil olmaqla 2007-ci ilin yanvar ayının birinə kimi köhnə əskinaslar qanuni ödəniş vasitəsidir. Ticarət və xidmət məntəqələri heç bir problem yaratmadan köhnə əskinasları qəbul etməlidilər ", - deyə E.Rüstəmov bildirib.

O əlavə edib ki, Milli Bankın rəsmi mövqeyi ondan ibarətdir ki, bunu etməyənlər qanunı pozurlar. Onun sözlərinə görə, köhnə pulların qəbulu şəbəkəsi genişləndiriləcək: "Bu günlərdə lazımi təkliflərlə prezident İ.Əliyevə müraciyət edəcəyik".

E.Rüstəmov əlavə edib ki, hazırda dövriyyədə 30 mln. yeni manat dəyərində (150 mlrd. köhnə manat) yeni əskinaslar var. Köhnə pulların dövriyyə müddətinin artırılmasına gəlincə, Milli Bankın idarə heyətinin sədri vurğulayıb ki, bu, heç bir effekt vermiyəcək: "Ona görə də bu pulların yığılması üçün rahat şərait yaradılmalıdır və biz bunu edəcəyik".

Xəbər lenti

Xəbər lenti