...

Bakıda dairəvi yolun tikintisinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 14:16 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyi 1saylı Bakı dairəvi yolunun tikintisinə başlayıb. Bu barədə Trend ə cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib. İşlərin görülməsinin dəyəri - 49,5 mln. ABŞ dollarıdır. Layihə üzrə podratçı qismində Mac Yol şirkəti çıxış edir.

Bu layihənin ümumi dəyərinin 51,69 mln. ABŞ dolları səviyyəsində olacağı güman edilir. Layihənin 15,27 mln. ABŞ dolları həcmində kredit ayıran Küveyt inkişaf fondunun, 10 mln. ABŞ dolları ayırmış Əbu-Dabi Ərəb inkişaf fondunun vəsaitləri hesabına həyata keçirmək nəzərdə tutulurdu. Ərəb maliyyə institutlarının krediti illik 2,5%-lə dörd il güzəşt müddəti ilə 20 il müddətinə verilib. Layihənin bahalaşması ilə əlaqədar vəsaitlərin çatışmayan hissəsi Azərbaycan tərəfindən verilə bilər. Bu məbləğ 26,42 mln. ABŞ dolları təşkil edəcək.

Layihənin dəyəri yolun layihəçi - İordaniyanın "Arab Konsalt" şirkəti tərəfindən təkrar texniki tədqiqatından sonra dəqiqləşdirilib.

Layihənin bahalaşması kommunikasiyaların köçürülmə zərurəti, eləcə də yolun 5 km uzunluğunda hissəsinin və əvvəl layihənin texniki-iqtisadi əsaslandırmasında nəzərdə tutulmayan bir sıra digər infrastrukturun tikintisi ilə izah olunur. O cümlədən, yolu yeni avtovağzal kompleksi ilə birləşdirəcək yeni körpünün tikintisi nəzərdə tutulub. Bundan başqa, 90-cı illərin ortalarında layihənin TİƏ hazırlanarkən bir sıra səhvlərə yol verilib. Bununla yanaşı, tikinti materialları və xidmətlərin qiymətləri 44-45% qalxıb.

Xəbər lenti

Xəbər lenti