...

2006-cı ildə Azərbaycan vətəndaşlarının dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirakı fəallaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 18:56 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsi tərəfindən Dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin aksiyalarının satışı üzrə 55 auksion keçirilib.

Trend in Dövlət Komitəsinin cümə axşamı yayılmış press-relizinə istinadən veridiyi xəbərə görə, bu auksionlarda SC-in tam 8 mln. aksiyası satılıb. Ötən il keçirilmiş pul və çek auksionlarında tam 7500 vətəndaş işqtirak edib. Dövlət Komitəsinin diqqət mərkəzində özəlləşdirilmiş müəssisələrdə əmək kollektivinin maraq və hüqüqlarının müdafiəsi durur. Dövlət Komitəsi həmçinin əhalinin özəlləşdirmə prosesində hüquqi şəxslərlə olduğu kimi, fiziki şəxslərin də bərabərhüquqlu şərtlərlə fəal iştirakını, auksionların keçirilməsində şəffaflığı və açıqlığı təmin etməyə cəhd edir. Məlumatda belə deyilir.

2006-cı il ərzində Bakıda və respublikanın başqa şəhər və rayonlarında kiçik dövlət müəssisələrinin və obyektlərin satışında 380 auksion keçirilib. Bunun nəticəsində tam 2100 adam mülkiyyətçi və payçı olub. Özəlləşdirmə prosesində əmək kollektivinin 700 güzəştli satışla tam 2000 üzvünun iştirakı təmin olunub. Bütünlükdə ötən il keçirilən boş, icarədə olan sahələrin özəlləşdirmə və auksionları nəticəsində 14000 vətəndaş aksiya sahibi və mülkiyyətçi olub.

Xəbər lenti

Xəbər lenti