...

Azərbaycan "Marco MMC" şirkətinə ölkəyə Rüsiyanın Krasnodar vilayətindən heyvan mənşəli məhsul gətirməyi qadağan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 20:54 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "Marco MMC" şirkətinə ölkəyə Rüsiyanın Krasnodar vilayətindən heyvan mənşəli məhsul gətirməyi qadağan edib. Bu barədə Trend xidmətin məlumatına istinadən bildirir.

Bu növ məhsulun alınması həmin ərazidə "quş qripi" virusunun olması səbəbindən qadağan edilib.

Xidmətin verdiyi məlumata görə, bu növ məhsulun Azərbaycana gətirilməsi üçün məhsulun spesifik xüsusiyyətləri, mənsubiyyəti, buraxılışı barədə informasiyalar təqdim edilməlidir.

"Marco MMC" Krasnodar vilayətindən bu məhsulların Azərbaycana gətirilməsi üçün baytarlıq xidmətinə 2007-ci il fevralın 5-də müraciət edib.

Xəbər lenti

Xəbər lenti