...

Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması ilə bağlı Bakıda kredit razılaşması imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 16:06 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan Nəqliyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında Yevlax-Gəncə yolunun yenidən qurulmasının maliyyələşdirilməsi ilə bağlı kredit razılaşması imzalanıb. Bu barədə Trend ə nazirlikdən bildiriblər. Razılaşma fondun vitse-prezidenti Yusif əl-Bassam və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov tərəfindən imzalanıb.

88,8 km uzunluğunda yolun yenidən qurulmasının dəyəri 61,7 mln. dollar qiymətləndirilir. Vəsaitin bir hissəsini - təxminən 15 faizi Azərbaycan təqdim edəcək. Magistralda işlər bu il başlanacaq. İşlərin gələn ilin sonunda yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti