...

Azərbaycanlı biznesmen Telman İsmayılov Türkiyədə mehmanxana tikdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2007 11:00 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/"AST" şirkətlər qrupunun sahibi, Moskvada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılov Antalyada super müasir mehmanxananın tikintisinə 200 milyon dollar vəsait qoymağı planlaşdırır. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri məlumat verib.

Layihəni şəxsən baş nazir R.T. Ərdoğana təqdim etmək üçün T.İsmayılov onun qəbuluna duşməyə çalışır. Qeyd olunub ki, mehmanxana layihəsində bir sıra dünya turizm mərkəzlərini, həmçinin Karib dənizinin əks olunacağı böyük su hovuzlarının tikintisi nəzərdə tutulub.

Bunun üçün mehmanxana ərazisində çox böyük akvariumlar tikiləcək. Layihələndirilmiş türk hamams və fin saunalarının müəyyən fraqmentləri qızılla örtülücək.

Xəbər lenti

Xəbər lenti