...

Azərbaycan və Rusiya dövlət strukturlarının əməkdaşlığı Azərbaycan vətəndaşlarının RF-də əmək fəaliyyətinin leqallaşdırılmasına imkan yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 17:53 (UTC +04:00)
Azərbaycan və Rusiya dövlət strukturlarının əməkdaşlığı Azərbaycan vətəndaşlarının RF-də əmək fəaliyyətinin leqallaşdırılmasına imkan yaradıb

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ilin avqust-sentyabrında Rusiyanın Federal Miqrasiya Xidməti miqrantlar üzrə informasiya bazasının yaradılmasını başa çatdıracaq. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti idarəsinin rəisi Vahab Məmmədovun cümə günü verdiyi məlumata əsasən, bu sistem miqrasiya axını üzrə məlumatların mübadiləsi üçün bütün tələbatlarla tamamilə uyğunlaşdırılacaq.

"Rusiya, bizim kimi, bu gün yalnız Azərbacyan üzrə deyil, digər ölkələr üzrə də dəqiq məlumatlara malik deyil. Vətəndaşlarımızın potensialının müəyyənləşdirilməsi yalnız miqrasiya xidməti uçotunu aparmağa deyil, həmçinin RF-də Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə imkan verəcək. Buna görə istənilən vətəndaş əmək fəaliyyətinin leqallaşdırılmasında özü maraqlı olmalıdır", deyə V.Məmmədov qeyd edib.

Azərbaycan və Rusiya arasında əmək miqrasiyasının nizama salınması prosesi üçün Azərbaycan vətəndaşlarının RF ərazisində əmək fəaliyyətinin leqallaşdırılmasında vətəndaşlara yardımın göstərilməsi üçün qarşılıqlı əlaqə üzrə operativ plan imzalanıb.

V.Məmmədovun sözlərinə görə, bu sənəd postsovet məkanında ilk dəfədir ki, hazırlanıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, səhiyyə və sosial inkişaf nazirlikləri və RF Miqrasiya Xidmətinin birgə keçirdiyi operativ tədbirlər nəticəsində Rusiyadan Azərbacyan vətəndaşlarının kütləvi departasiyası olmayıb.

Həmçinin səndələrində problemlə əlaqəlar RF-dən Azərbaycana qayıdanların sayı azlıq təşkil edir. "Təqdirəlayiq haldır ki, proqnozların əksinə olaraq deportasiya olunanların sayı minimal olub. Lakin nazirlik dəqiq məlumatlara malik deyil. Bu cür və ümumilikdə miqrantlar haqqında imkanlara Azərbacyan Rusiyada informasiya sisteminin tamamilə yaradılmasından sonra malik olacaq", deyə Əmək Nazirliyinin nümayəndəsi qeyd edib.

Azərbacyanın Əmək Nazirliyi həmçinin miqrant vətəndaşlar üçün onların gələcəkdə bu cür problemlərlə üzləşməməsi üçün və bütün məlumatlara malik olmaq üçün yaddaş kitabçaları hazırlayıb. RF-də yeni qaydalara əsasən, Rusiyaya səfər zamanı miqrasiya kartında mütləq səfərin məqsədi qeyd olunmalıdır. Əgər kartda səfərin məqsədi işə düzəlmək olması göstərilməsə, bu vətəndaşların işə düzəlmə ilə bağlı problemləri olacaq və heç bir hüquqi məsələ onlara kömək etməyəcək.

2007-ci il üçün Rusiya hökuməti RF-nin əmək bazrlarına daxil olmaq üçün kvota müəyyən edib. Vizasız rejimli ölkələr üçün kvota 6 mln. insan, vizalı rejimli ölkələr üçün isə 302 min insan təşkil edir.

Xəbər lenti

Xəbər lenti