...

Azərbaycanda bir vakant yerə 5 işsiz iddia edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 53 189 nəfər işsiz qeydiyyata alınıb və bunlardan 2 170 nəfəri işsizliyə görə müavinət alır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat veriblər. Mart ayı ərzində işsizlərin sayı 0,5 faiz ixtisar olunub. Ölkədə bir vakant yerə 5 işsiz iddia edir.

Hesabat dövründə ölkədə əmək qabiliyyətli əhalinin sayı 4271,3 min nəfər təşkil edib. Bununla yanaşı, 1268,8 min nəfər muzdlu işdə, 835 min nəfər iqtisadiyyatın dövlət, 433,8 min nəfər isə qeyri-dövlət sektorunda çalışıb. Onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb.

Muzdla işləyənlərdən 20,1 faizi maddi istehsal sahəsində çalışıb ki, bunların da 13,4 faizi sənaye, 4,4 faizi tikinti, 2,3 faizi kənd, meşə təsərrüfatı, balıqçılıq sahəsinin payına düşüb. Qeyri-istehsal sahəsində çalışanların 25,6 faizi təhsil, 20,2 faizi topdan və pərakəndə satış, avtomobil təmiri, məişət məmulatları və şəxsi isifadə üçün əşyalar, 10,3 faizi səhiyyə və sosial xidmətlər, 7 faizi nəqliyyat rabitə, 5,8 faizi kommunal, sosial və şəxsi xidmətlər, 4,8 faiz daşınmaz əmlak əməliyyatları və icarə, 4,1 faizi dövlətidarəçiliyi və müdafiə, 2,1 faiz digər sahələrdə çalışanlar olub.

İşsizliyə görə örta müavinət 61,7 mant təşkil edir.

Xəbər lenti

Xəbər lenti