...

Azərnəqliyyatbank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 17:18 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azərnəqliyyatbank" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 2 mln. manat təşkil edir, bir səhmin nominal dəyəri 200 manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat "Unibank" KB ASC-dir.

Xəbər lenti

Xəbər lenti