...

"AzAL" və Rabitə Nazirliyinin müəssisələri elektron bəyannamə sisteminə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Vergilər Nazirliyinin İri Vergiödəyicilərlə İş üzrə Departamenti vergi bəyannamələrinin elektron formatda təqdim edilməsi ilə bağlı 70 vergiödəyicisi ilə müqavilə bağlayıb. Bu barədə vergiödəyicilərlə görüşdə departamentin rəhbəri Sahir Məmmədxanov məlumat verib. Elektron formatlı bəyannamələrin qəbulu prosesi 2007-ci ilin martından başlayıb. Bugünədək 225 bəyannamə təqdim olunub.

Məmmədxanovun sözlərinə görə, müvafiq elektron sistemi həmçinin "AzAL" Dövlət Konserni, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturlarına daxil olan müəssisələrlə iş zamanı tətbiq ediləcək. Hazırda "AzAL"ın strukturunda 15 müəssisə, Rabitə Nazirliyində isə 30-dan çox müəssisə var. Onların hər birinə müvafiq şifrələr təqdim ediləcək.

Elektron bəyannamədən məlumatlar 2006-cı ildən tətbiq edilən avtomatlaşdırılmış vergi informasiya sisteminə (AVIS) daxil olur. Bu, vergiödəyicilərinə öz şəxsi hesablarına bilavasitə baxmaq imkanı verir, habelə onları əvvəllər olduğu kimi növbələrdə dayanmaqdan və vergi müfəttişləri ilə ünsiyyətdən azad edir.

Məmmədxanov bildirib ki, elektron imza sistemi qəbul edilənə qədər bəyannamələr paralel olaraq həm elektron, həm də kağız formatında qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti