...

Azərbaycanın maliyyə nazirinin Kiotoya səfəri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 19:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Asiya İnkişaf Bankının (AİB) müdirlər şurasının növbəti illik iclası (41-ci) 2008-ci ildə Madriddə (İspaniya) keçiriləcək. Bu barədə Azərbaycanın Maliyyə Nazirliyindən məlumat verilib. Bu qərar mayın 6-da Kiotoda keçirilmiş iclasın yekunlarına əsasən qəbul olunub. Azərbacyandan bu iclasda maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclas zamanı Bankın illik hesabatı, maliyyə hesabatları, ümumi gəlirin bölüşdürülməsi və 2007-ci il üçün Bankın büdcəsi təsdiq edilib. İclasa AİB ölkələri əlaqədar qurumlarının yüksək vəzifəli nümayəndələri ilə yanaşı, bir çox beynəlxalq maliyyə institutları, müşahidəçi ölkə, təşkilat və mətbuat nümayəndələri qatılıb.

AİB-in illik iclası çərçivəsində maliyyə naziri S.Şərifov 7 may tarixində Yaponiyanın maliyyə naziri cənab Koji Omi, Asiya İnkişaf Bankının prezidenti cənab Haruiko Kuroda,  bankın baş direktoru Xuan Miranda ilə görüşlər keçirib, Azərbaycan, Avstraliya, Kamboca və digər ölkələr üzrə səsvermə qrupunun iclasında iştirak edib. Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Azər Hüseyn görüşlərdə iştirak edib.

AİB 1996-cı ildə təsis edilib və regionun 48 və dünyanın 19 ölkəsi bu bankın üzvüdür. AİB-in inkişaf etməkdə olan üzv ölkələrinə əsas yardım vasitələri siyasi dialoq, istiqraz, investisiya, təminat, qrantlar və texniki yardımlardır.

AİB-in illik kredit həcmi təxminən 6 milyard ABŞ dolları həcmindədir ki, buna illik 180 milyon ABŞ dolları həcmində texniki yardım daxildir.

AİB baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan Asiya Bankının üzvlüyünə 22 dekabr 1999-cu ildə qəbul olunub və onun bankın kapitalında iştirak payı 0,5 faiz təşkil edir.

AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhm kapitalının 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya və Kanadadır (16 faiz).

Xəbər lenti

Xəbər lenti