...

Nazir: Tarif şurası kommunal xidmətlərin qiymətinin artırılmasına baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2007 13:20 (UTC +04:00)
Nazir: Tarif şurası kommunal xidmətlərin qiymətinin artırılmasına baxacaq

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Növbəti həftə Tarif Şurasının 2007-ci il üzrə ikinci iclası olacaq. Tarif şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayevin çərşənbə günü bildirdiyinə görə, iclasda kommunal xidmətlərin səkkiz növü üzrə tariflərin dəyişilməsini müzakirə etmək planlaşdırılır.

Bunların sırasında Heydər Babayev təmizlik işləri (zibilin yığılması və utilizasiya olunması), liftdən istifadə və s.-nin adlarını çəkib.

"Tarif şurası müsbət qərar da qəbul edə bilər, yaxud bunu qəbul etməyə də bilər. Bizə bir sıra kommunal xidmətlərə görə tariflərin artırılması barədə təkliflər var. Eyni zamanda xidmətlərə görə xərclərin artırılması ilə bağlı bütün əsaslandırma işləri tamamilə aparılıb",-deyə nazir bildirib.

Bu elektrik enerjisi tariflərinə aid olmayacaq.

"Elektrik enerjisi tariflərinin artırılması heç müzakirə də olunmur. Bu tariflərin artımı bir müddət öncə olub. Tarif şurası tərəfindən aparılan təhlil bu qiymətlərin hələ ki məqbul olduğunu göstərir",-deyə Babayev hesab edir.

Tarif Şurasının 2007-ci il yanvarın 6-da olan son qərarına əsasən enerjidaşıyıcıları, kommunal xidmətlərə görə (elektrik enerjisi, qaz, su, kanalizasiya) tariflər, polis orqanlarının xidməti, Torpaq və Xəritəçəkmə Dövlət Komitəsində, nəqliyyatda sərnişindaşımaya görə qiymətlər artırılmışdı.

Xəbər lenti

Xəbər lenti