...

Azərbaycan Sofiyada illik X mikromaliyyələşdirmə konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 31 may - iyun tarixlərində Sofiyada (Bolqarıstan) X illik mikromaliyyələşdirmə konfransı keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasından (AMMA) məlumat verilib. Tədbirdə Azərbaycan tərəfdən AMMA nümayəndələri iştirak edəcək.

Konfrans Assosiasiyanın 3 ildir ki, əməkdaşlıq etdiyi Polşa Mikromaliyyələşdirmə mərkəzi tərəfindən təşkil olunur.

Bu gün Assosiasiyada kredit təşkilatı olan 19 üzv təmsil olunur ki, bunların 15-i mikromaliyyələşdirmə təşkilatı, 4-ü isə bankdır (Azərbaycan Mikromaliyyələşdirmə Bankı, Turanbank, Texnikabank və Royal Bank of Baku). AMMA-ya qoşulma praktikası ötən ildən başlayıb. Bu il isə Royal Bank of Baku Assosiasiyanın üzvü olub.

Xəbər lenti

Xəbər lenti