...

Los-Ancelesdə Azərbaycan-Amerika biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 15:09 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Mayın 31-də Los-Ancelesdə Azərbaycan-Amerika biznes forumu keçiriləcək. Bu barədə cümə günü Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda bildirilib.

Tədbirin iştirakçıları Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, AZPROMO, Azərbaycanın Los-Ancelesdə Baş Konsulluğu və Azərbaycan-Amerika Ticarət Palatasıdır.

İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə 10-a yaxın biznesmen daxil olacaq. Azərbaycan heyətinə daxil olan iş adamları tikinti, mühəndislik, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərirlər. Tədbir çərçivəsində iki ölkə biznesmenləri arasında birbaşa danışıqlar keçiriləcək.

2006-cı ildə ABŞ-ın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 2,5 faiz, o cümlədən idxalda 3,76, ixracda isə 1,4 faiz təşkil edib. Ölkələrimiz arasında ümumi ticarət dövriyyəsinin həcmi 290 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 198 milyon, ixracın həcmi isə 92 milyon ABŞ dolları təşkil edib. 2005-ci il ilə müqayisədə 2006-da ABŞ ilə ümumi ticarət dövriyyəsi 57,2 faiz, o cümlədən idxal 40,1, ixrac isə 112,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti