...

"Bank Respublika" Azərbaycanda avro valyutalı ilk bankomat quraşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı / " /Azərbaycanın plastik kartlar bazarında liderlərdən biri olan "Bank Respublika" ölkədə avro valyutalı ilk bankomat quraşdırıb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda bildirilib.

Yeni bankomat ofisin baş ofisində yerləşir.

"Bank Respublika" müştərilərə havayı və göstərilən xidmətə görə ödənişsiz plastik kartlar təqdim edir. Bank müştəriləri həmçinin yalnız iş yerindən ərizə əsasında 5000 manatadək məbləğdə faizsiz krediti plastik kart üzrə 35 günədək müddətə əldə edə bilər.

Bank həmçinin müştəriləri arasında kartlar üzrə uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı bu ilin yayında beş ulduzlu mehmanxanada yaşamaqla Antalyaya iki nəfərlik yeddi günlük səfərdir. Kampaniyanın 11 əlavə mükafatı noutbuk və 10 mobil telefondur.

"Bank Respublika" kartları üzrə bu il fevralın 15-dən iyunun 15-dək 20 manat, ABŞ dolları və ya avro məbləğindən az olmayaraq hər əməliyyat avtomatik olaraq bir şans kimi qeydiyyata alınır. Kampaniyanın qalibləri bu il iyunun 28-də lotereya oyunu nəticəsində seçiləcək.

Xəbər lenti

Xəbər lenti