...

Azərbaycan Milli Bankının rəhbəri: "İlin ikinci yarısından köhnə pul nişanlarının ləğv olunmasına başlanılacaq" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 16:23 (UTC +04:00)
Azərbaycan Milli Bankının rəhbəri: "İlin ikinci yarısından köhnə pul nişanlarının ləğv olunmasına başlanılacaq" (video)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova /İlin ikinci yarısından dövriyyədən çıxarılmış köhnə pul nişanlarının ləğv olunması prosesi başlanacaq. Bu barədə cümə günü mətbuat konfransında Azərbaycan Milli Bankının (AMB) İdarə Heyətinin rəhbəri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, bunun üçün tam texniki hazırlıq aparılıb, əskinazların hesablanması və ləğv olunması üçün lazımi avadanlıq gətirilib.

Bu gün üçün köhnə əskinazlardan dövriyyədə cəmi 11 mln. manat qalıb (pulların köhnə miqyasında 55 mlrd. köhnə manat). Köhnə pulların ləğv olunması üçün qaydalar hazırlanıb. Bu qaydalar razılaşdırılma üçün müvafiq dövlət idarələrinə təqdim olunub.

"Pul İslahatları üzrə Komitədə qaydalar razılaşdırıldıqdan sonra təsdiq olunmaq üçün prezidentə təqdim olunacaq"- deyə Rüstəmov bildirib.

Ləğv olunma prosesi dövlət komissiyası tərəfindən həyata keçiriləcək.

Köhnə pul nişanlarının dəyişdirilməsinin rahatlığı üçün Azərbaycan prezidenti fərman imzalayıb və 1 yanvar 2007-ci ildən əskinazların dəyişdirilməsi AMB və onun strukturları ilə yanaşı, həmçinin respublikada fəaliyyət göstərən banklar tərəfindən (filial, şöbə) də həyata keçirilə bilər. Bu proses müddətsiz və məhdudiyyətsiz həyata keçiriləcək.

Yeni pul nişanlarına dəyişdirilmə banklar tərəfindən komissiya ödəmələri alınmadan həyata keçirilr. Köhnə pul nişanları 31 dekabr 2006-cı il tarixinədək ödəmə vasitəsi olub.

Xəbər lenti

Xəbər lenti