...

Azərbaycanın iqtisadi inkişaf naziri Milking İnstitution sərgisində iştirak etmək üçün Los-Ancelesə dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend İ.Xəlilova /Los- Angeles dairəsinin səfiri Baka Azərbaycanla əlaqələrin inkişafı üçün hər cür dəstək göstəriləcəyini vurğulayıb və iqtisadi inkişaf naziri Heydər Babayevi və Azərbaycan sahibkarlarını gələn ilin payızında Los-Ancelesdə "Milking İnstitution"ın təşkilatçılığı ilə keçiriləcək sərgiyə dəvət edib.

Nazir qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet sahədir və bu sahənin inkişafına diqqət böyükdür. Artıq bu sahədə ciddi irəliləyişlərə nail olunub və bir sıra Azərbaycan mənşəli mallar ABŞ bazarlarına çıxarıla bilər (xüsusilə kənd təsərrüfatı məhsulları, şərablar, mebel və s.). İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ABŞ-Azərbaycan iş adamlarının əlaqələrinin genişlənməsində faydalı rol oynaya bilər. Azərbaycan regionlarının inkişafı ilə bağlı amerikalı qonağın suallarını cavablandıran nazir bu sahədə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrasının böyük əhəmiyyət kəsb etdiyini, proqram çərçivəsində minlərlə yeni istehsal və xidmət müəssisələrinin, yüz minlərlə yeni iş yerlərinin yaradıldığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti