...

Nazir müavini: "Avropa İttifaqının qonşu ölkələrlə viza problemləri Bakıda müzakirə ediləcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa İttifaqının əməkdaşlığa dair Komitəsinin sentyabrda Bakıda keçiriləcək iclasında quruma üzv ölkələrlə qonşu dövlətlər arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunacaq. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çərşənbə günü jurnalistlərə açıqlamasında məlumat verib.

Məmmədquliyev qeyd edib ki, Azərbaycan tərəfindən bu məsələ qaldırılıb. Nazir müavini Avropa Komissiyasının müvafiq departamentində keçirilən görüşdə bu məsələyə dair müzakirələrin başlanmasını təklif edib.

"Əgər Avropa İttifaqı məkanında sərbəst hərəkətdən, əməkdaşlıqdan söhbət gedirsə, eyni zamanda viza alınmasında çətinliklər qarşıya çıxırsa, bu, bizim müştərək işimizə cavab vermir. Ona görə bu məsələyə baxılır. Sentyabrda Bakıda keçiriləcək Avropa İttifaqının əməkdaşlıq üzrə Komitəsinin növbəti iclasında bu məsələ qaldırılacaq. Biz hesab edirik ki, bizim üçün viza alınmasının sadələşdirilməsi vacibdir" - deyə Məmmədquliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə viza alınması işində Azərbaycan tərəfdən probmlər yoxdur. Viza rejiminin tamamilə ləğv olunmasına gəldikdə isə, Məmmədquliyev qeyd edib ki, buna da baxıla bilər. Amma həmin təklifə Avropa İttifaqı ilə qarşılıqlı şəkildə baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti