...

BBVB-da 18 iyulda həyata keçirilən birja sövdələşmələrinin nəticələri elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyu valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8527 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8532 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 529 214 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0001 bənd düşüb və 0,8533 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 457 280 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8527 AZN təşkil edib.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,32%, ABŞ dolları üzrə isə illik 15,16% təşkil edib.

Xəbər lenti

Xəbər lenti