...

Nazir: Azərbaycan tranzit tariflərində əngəllər yaranmasında maraqlı deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 16:47 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Bu həftə Qazaxıstanda səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovla müsahibə

- Qazaxıstan baş nazirinin Qafqaza səfəri çərçivəsində danışıqlarda əsas məsələlərdən biri tranzit tarifləri olub. Tiflisdə bəyan etmişdilər ki, Gürcüstan yüksək tranzit tariflərinə görə Azərbaycan ərazisindən yük axınını itirir. Yüklər digər istiqamətdə göndərilir ki, Batumi terminalı da bundan zərər çəkir. Bu məsələdə Azərbaycanın mövqeyi necədir?

- Azərbaycan öz ərazisindən yüklərin müəyyən tranzit ödəmələri alınmaqla keçməsində maraqlıdır. Azərbaycan vaxtilə Böyük İpək Yolu və katibliyi Bakıda yerləşən TRACECA nəqliyyat dəhlizinin dirçəldilməsi üçün beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Buna görə də bu prosesin bir təşəbbüsçüsü kimi Azərbaycan tranzit istiqamətlərinin inkişafında maraqlıdır. Bundan əlavə, biz Qafqazdan digər marşrutların da inkişafında maraqlıyıq, nəinki yalnız Qara dəniz istiqamətindəki marşrutların. Bakı-Tiflis-Ceyhan kəməri bunun sübutudur.

Tranzit haqlaraına gəldikdə isə, bu, hər bir konkret marşrutla bağlı məsələdir və Azərbaycan hökuməti heç də həmişə bu marşrutlarda tariflərin müəyyənləşdirilməsinə birbaşa təsirə malik deyil. Belə ki, BTC BP-nin operator olduğu boru kəməri şirkəti tərəfindən idarə olunur, onun isə gəlir üçün müəyyən istiqamətdə məqsədləri var.

Prinsipcə Azərbaycan tranzitə əngəl olacaq əsassız tariflər müəyyən olunmasında maraqlı deyil, bu, öz oturduğun budağı kəsməyə bərabər bir şeydir.

- Amma məlumdur ki, tariflərin yüksək olmasının səbəbi onların terminallara, limanlara giriş yollarına və dənizdə tanker daşımalarına sahib olan özəl şirkətlər tərəfindən müəyyən etməsidir?

- Gürcüstanada olduğu kimi, Bakıda da özəl şirkətlər var. Amma bu şirkətlərə bazar özü təsir edəcək. Əgər onlar daha çox tarif qoyacaqlarsa, o zaman yük digər marşrutla gedəcək.

- Bəs Azərbaycan hökumətinin bu özəl şirkətlərə təsir imkanları varmı?

- Əsas təsir bazardır. Tələb və təklif məsələsi. Əgər yük göndərənləri tarif qane etməsə, onlar digər marşrutlar axataracaqlar. Amma eyni zamanda bu gün neftin qiyməti çox yüksəkdir. Əgər yükün qiyməti artırsa, niyə daşınma üçün tariflər artmamalıdır? Amma bununla belə qeyd edim ki, Azərbayacanda tariflər, demək olar ki, 1998-99-cu ildən dəyişməyib.

- Mütəxəssislər söyləyirlər ki, Rusiyadan, yaxud Qafqazdan olan marşrutların rəqabəti şəraitində hər şey bu gün Qafqazın Qazaxıstana nə təklif edəcəyindən asılıdır...

- Tamamilə məntiqidir. Əgər yuxarıda sadalanan marşrutlardan hansısa daha əlverşli şərtlər təklif edəcəklərsə, o zaman qazaxıstanlı ixracatçılar daha sərfəli olanına gedəcəklər. Amma söhbət iqtisadi qazancdan gedirsə, bir çox amilləri nəzərə almaq lazımdır. Bu, yalnız qiymətlərin müqayisəsi deyil. Bu, aldanma olardı, elə texniki imkanlar təqdim etmək lazımdır ki, marşrutlardan hər biri Qazaxıstan neftinin artan həcmini qənbul etməyə imkan versin. Bütün mümkün riskləri də nəzərə almaq lazımdır. Prinsip var ki, hətta bir zəmanətli marşrut olduqda belə alternativi var. Məlum olduğu kimi, Qazaxısyanın ixrac strategiyalarından biri marşrutların diversifikasiyasıdır.

- Sizin Almatı və Astanaya səfərinizin məqsədi?

- Mənim səfərimin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin səfəri öncəsi 1992-93-cü illərdən ölkələrimiz arasında qarşılıqlı hesablaşmalara dair maliyyə tənzimləmələri ilə bağlı məsələləri hazırlamaqdır. Bu məsələlərin kifayət qədər tarixi var və bunların üzərində işləyib həll etmək lazımdır.

Həmçinin söhbət bizim ölkələrimizin mərkəzi bankları arasında filiallarası hesablaşmalar, iki ölkənin təsərrüfat subyektləri arasında qarşılıqlı maliyyə hesablaşmalarının aparılması üzrə əlaqələrdən söhbət gedir. Biz bunları sürətləndirmək və tənzimləmək üçün gəlmişik.

- Məlumdur ki, Xalık Bank və Turan Alem bankı Azərbayacan bazarına daxil olmaq niyyətindədirlər. Siz Qazaxıstan banklarının belə ekspansiyasını necə qiymətləndirirsiniz?

- Ekspansiya sözü mənim xoşuma gəlmir. Bu nə isə başqa bir şeyi xatırladır. Ekspansiyadan yox, maliyyə və bank sahəsində əməkdaşlığın genişlənməsindən danışmaq lazımdır. Astanaya qədər mən Qazaxıstanın maliyyə mərkəzi Almatıda oldum. Orda mən Mərkəzi Bank sədri, Turan Alem və Xalık bank rəhbərliyi ilə görüşdüm. Bunlar maraqlı görüş və fikir mübadiləsi idi.

Mən anladım ki Qazaxıstan bankları Azərbaycan bazarına açıq ifadə olunan maraq göstərirlər və bu planda Qriqori Marçenkonun (Qazaxıstan Xalq Bankı idarə heyətinin sədri - qeyd Trend ) "yeni bazara gələn istənilən bank vəziyyəti real olaraq təsəvvür etməli və digər bankların maraqlarını nəzərə almaqla işləməlidir" - kimi mövqeyi mənə xoş təsir etdi. Bu, çox mühüm amildir - Azərbaycana gələcək o banklar yad olmamalı, bank ictimaiyyətinin tamhüquqlu üzvləri olmalıdırlar. Məndə belə bir fikir yarandı ki, Qazaxıstan bankirlərinin bu cür anlayışı var.

- Sizi yalnız bank sahəsi maraqlandırırdı?

- Yox. Biz neft ixracatçısı olan ölkələrdə pinflyasiya məsələləri, həmçinin xarici investisyaların cəlb olunması, o cümlədən spekulyativ investisiyalar və Qazaxıstan hökumətinin bu məzmunda gördüyü bütün mümkün maliyyə tədbirlərini müzakirə etdik.

Məni həmçinin sosial blokun maliyyələşdirilməsi də maraqlandırır. Xüsusilə səhiyyə və sosial təminat sistemində. Mən Qazaxıstanın Maliyyə, Səhiyyə nazirlikləri və sosial təminat qurumlarının rəhbərləri ilə məhsuldar fikir mübadilələri apardım.

- Qazaxıstanın təcrübəsi sizi maraqlandırdımı?

- Bəli, Qazaxıstanın təcrübəsi Azərbaycan üçün maraqlıdır. Biz hazırda Azərbaycanın səhiyyə sisteminin yenidən qurulması və yeni maliyyələşdirmə prinsiplərinə keçid üzərində fəal surətdə işləyirik. Söhbət dövlət tərəfindən zəmanətli tibbi təminat, icbari və könüllü tibbi sığorta sisteminin tətbiqindən gedir.

Digər məsələ - pensiya təminatı sistemidir. Bizdə pensiya təminatında 2007-2015-ci illərdə yeni islaahatların tətbiqi üzrə ciddi proqram hazırlanır.

Qazaxıstanın artıq qeyri-dövlət pensiya fondu var. Azərbaycanın da konsepsiyası qeyri-dövlət pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Azərbaycanda hələ ki, belə bir fond yoxdur, amma biz də Qazaxıstanda olduğu kimi qeyri-dövlət pensiya fondlarının yaranmasını planlaşdırırıq. Bu sahədə bir çox irəliləyişləri olan Qazaxıstanın təcrübəsi Azərbaycan üçün maraqlıdır. Biz də oxşar istiqamətdə fəaliyyət göstərəcəyik. Dövlət və qeyri-dövlət pensiya fondlarının paralel işləməsi də istisna olunmur.

Pensiya yığımı sisteminin yaradılması da prioritet istiqamətdir ki, bura da əmanətlər qoyulacaq. Bu gələcəyin işidir və yəqin ki, söhbət yüksək səviyyədə etibarlılıqdan getməlidir.

Xəbər lenti

Xəbər lenti