...

Azərbaycan quşçuları hökumətdən yemin idxalına olan ƏDV-ni ləğv etməyi xahiş edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 18:37 (UTC +04:00)
Azərbaycan quşçuları hökumətdən yemin idxalına olan ƏDV-ni ləğv etməyi xahiş edirlər

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Cümə günü Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyevin verdiyi məlumata görə, Azərbaycanın quşçuluq müəssisələri idxal olunan yemə tətbiq olunan ƏDV-in ləğv edilməsi ilə bağlı ölkə hakimiyyətinə müraciət ediblər.

Onun sözlərinə görə, bu 80-90%-i əsasən Rusiya, Türkiyə və İrandan alınan yemin qiymətinin qalxması ilə əlaqədardır.

"Qiymətlər hər gün dəyişir və biz onlarla ayaqlaşa bilmirik. Ötən illə müqayisədə bahalaşma demək olar ki, 50% təşkil edib" - deyə Vəliyev bildirib.

Cəmiyyət rəhbərinin verdiyi məlumata görə, bir necə vaxtdır ki, müəssisələr itkilərlə işləyir. Vəliyev hesab edir ki, ƏDV-in ləğv edilməsi yerli quş məhsullarının qiymətinin qalxmasının qarşısını almaqda yeganə vasitədir.

"Biz işlərin yoluna düşəcəyinə inanırıq və öz məhsullarımızın qiymətinin qalxmasını məqsədəuyğun hesab etmirik" - deyə o bildirib.

Quşçular Cəmiyyətinin tərkibinə 29 müəssisə daxildir ("Mərdəkan Broyler", "Siyəzən Broyler", "Dəvəçi Broyler", "Zirə Broyler", "Arco Co", "İmişli Broyler", "Şəmkir Broyler"). Bu müəssisələrdən 28-i quşçuluq müəssisəsidir və yalnız bir müəssisə baytar dərman preparatlarının distribütorudur. Azərbaycanda quşçuluq skahəsində çalışanların sayı 15-20 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti