...

Azad İstehlakçılar Birliyinin sədri: İdxal olunan taxıla ƏDV-in ləğvindən sonra çörəyin qiyməti daha sürətlə artmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, hökumət tərəfindən bu yaxınlarda ölkəyə idxal olunan taxıla ƏDV-in ləğvi barədə qərar çörəyin qiymətinin aşağı salmaq üçün lazımi bir tədbir olub, lakin bu heç də kifayət deyil.

Onun sözlərinə görə, bu tədbir qiymətlərin aşağı salınması üçün səmərəli deyil, belə ki, ƏDV-in ləğvinə qədər qiymət artımı 10%, ləğvindən sonra isə bahalaşma 30% təşkil edir.

"ƏDV-in ləğvi onunla nəticələndi ki, yerli bazarın taxıl seqmenti inhisarçıların tam səlayiyyətinə keçdi" - deyə Hüseynov bildirib. Hüseynovun malik olduğu məlumata görə, Gəncə şəhərində bir neçə dəyirman fəaliyyətini dayandırıb.

Azad İstehlakçılar Birliyinin rəhbəri həmçinin qeyd edib ki, istehlakçı siyasətinin olmaması səbəbindən unun qiyməti gələcəkdə 30%-qədər artacaq.

Hüseynov bahalaşmanın qarşısını almağın bir yolunu görür, yerli istehsalın stimullaşdırılıması və hökumətin istehlakçıları dəstəkləməsi. "Problemin mahiyyəti ondan ibarətlir ki, Azərbaycan hökuməti müvafiq istehlakçı siyəsətinə malik deyil" - deyə o qeyd edib. Bundan əlavə Azərbaycanın ÜTT-yə daxil olması, Hüseynovun fikrincə, vəziyyəti sabitləşdirə bilər.

Ölkədə çörəyin orta hesabla qiyməti 0,3 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti