...

Azərbaycan Milli Bankı 2007-2009-cu illər üçün auditor seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı 2007-2009-cu illə ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün açıq tender elan edib. Bu barədə AMB-dən məlumat veriblər. Tender sentyabrın 7-də Milli Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32-də yerləşən inzibati binasında keçiriləcək. Tender təklifi və bank zəmanəti sentyabrın 6-na qədər, digər sənədlər isə avqustun 27-nə qədər AMB-yə təqdim oluna bilər.

Namizədlər tenderdə iştirak üçün ərizə, iştirak haqqının ödənilməsi haqqında qəbz, onların hüquqi statusunu müəyyən edən sənədlərin notariusda təsdiq edilmiş surətini təqdim etməlidirlər.

Bank zəmanəti tender təklifinin 1 faizi dəyərində olmalıdır.

Tenderdə iştirak haqqı 400 manat təşkil edir.

Bununla yanaşı iştirakçılar Azərbaycanda auditor fəaliyyəti ilə məşğul olmaq haqqında lisenziyanın surəti, son il üçün maliyyə vəziyyəti haqqında arayış, auditor tərəfindən təsdiq olunan 2006-cı il üçün maliyyə hesabatı, vergi orqanlarından vaxtı keçmiş vergi borclarının və və digər ödəmə öhdəliklərinin olmaması barədə arayış təqdim etməlidirlər.

Namizədlər Milli Bankların auditi sahəsində təcrübəyə malik olmalıdırlar. Qiymətləndirmə meyarı isə maliyyə təklifi və namizədin ixtisaslaşmasıdır. Tenderin qalibi Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra elan olunacaq.

Auditor maliyyə ili başa çatdıqdan sonra bir aydan gec olmayaraq işə başlaya bilər və ildə iki ay ərzində fəaliyyət göstərəcək.

Əlaqədar şəxs Fuad Eminov, telefon: 493-11-22 (482).

AMB-nin əvvəlki auditoru 3 il müddətinə seçilmiş (2004-06-cl illər) Deloitte & Touche beynəlxalq şirkəti idi.

Xəbər lenti

Xəbər lenti