...

"Bank Respublika" 2007-ci ilin yeddi ayının yekunlarını aparıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Bank Respublika"nın məlumatında bildirilir ki, yeddi ayın yekunlarına asasən, bankın aktivləri cari ilin əvvəlindən 68% artaraq 2007-ci ilin avqust ayının 1-də187, 0 mln. manat təşkil edib. Bankın kredit portfeli cari ilin yeddi ayı ərində 67,3% artaraq 127,3 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində müştəri əmanətləri 85,5% artaraq 96,2 mln. manat təşkil edib. Əhalinin banka yatırdığı əmanətlərin həcmi 2007-ci ilin yanvar-iyul ayları ərzində 63,9% artıb və bu ilin avqustunda 43,5 mln. manat təşkil edib. "Bank Respublika"nın ümumi kapitalı bu dövr ərzində 47,4% artıb və 181,1 mln. manat təşkil edib.

2007-ci ilin yanvar-iyul ayları ərzində həyata keçirilən fəaliyyətin yekunlarına görə, bankın gəlirləri 14,8 mln. manat, xərcləri isə 12 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans gəliri 2,8 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti