...

Parlamentari: Un idxalı üçün ƏDV-nin ləğv olunması Azərbaycanda çörəyin qiymətinin azalmasına təsir edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 17:38 (UTC +04:00)
Parlamentari: Un idxalı üçün ƏDV-nin ləğv olunması Azərbaycanda çörəyin qiymətinin azalmasına təsir edə bilər

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan hökumətinin un idxalı və çörək istehsalına ƏDV-ni ləğv etmək niyyəti çörəyin qiymətinin azalması və çəkisinin atrmasına təsir göstərə bilər. Bu barədə cümə günü Azərbaycan parlamentinin deputatı, iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov bildirib.

ƏDV-nin ləğv olunması məsələsi hökumətdə müzakirə olunur. Iyul ayının sonunda çörəyin qiymətinin saxlanılması üçün Azərbaycan hökuməti taxıl idxalı üçün ƏDV-ni ləğv edib. Bir sıra regionlarda çörəyin qiyməti iki dəfə artıb.

"ƏDV-nin ləğv olunması sahibkarların vəziyyətinə müsbət təsir göstərəcək və onlar üçün bu şərtlərlə bizneslərini davam etdirmək əlverişli olacaq",-deyə Əhmədov bildirib.

Azərbaycan Nazirlər Kabinetinin qiymət, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş rəhbəri, hazırda müstəqil ekspert Oktay Haqverdiyev bildirib ki, çörəyin qiymətinin tam artmasının qarşısını almaq üçün xarici ticarətin liberallaşdırılması lazımdır.

Xəbər lenti

Xəbər lenti