...

"AGbank" 12-ci filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ "AGBank"ın məlumatında bildirilir ki, bank 12-ci filialını açıb.

Müəssisə və təşkilatlar bankın nümayəndəliyində maliyyələşmənin bütün növlərindən istifadə edə bilərlər, həmçinin kiçik və orta biznesin inkişafı məqsədilə aparıcı xarici maliyyə institutları ilə birgə işlənib hazırlanmış proqram üzrə mikrokreditlər əldə edə bilərlər.

Şöbə yeni bank avadanlığı, həmçinin POS-terminal və bankomatla təmin olunub.

"AGBank" 12 filiala və üç şöbəyə malikdir. Yaxın zamanlarda Yevlax şəhərində daha bir filialın açılması planlaşdırılır.

"AGBank"ın yeni "İnşaatçılar" filialı aşağıdakı ünvanda yerləşir: İnşaatçılar prospekti, 31 "A".

Xəbər lenti

Xəbər lenti