...

Azərbaycanın "Grain Way LLC" və "Bakı taxıl terminalı" şirkətləri "Taxıl sənayesi-2007" konfransında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2007 18:47 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Azərbaycanın "Grain Way LLC" və "Bakı taxıl terminalı" şirkətləri sentyabrın 26-29-da Ukraynada təşkil olunacaq altıncı beynəlxalq "Taxıl sənayesi-2007" və üçüncü beynəlxalq "EXTRUtec`2007" konfranslarında iştirak edəcək. Bu barədə Ukraynanın "APK-İnform" informasiya-analitik agentliyi məlumat verib.

Verilən məlumata müvafiq olaraq, bu günə kimi 43 şirkətin 80-dən çox mütəxəssisi konfransda iştirakını təsdiq edib. İştirakçıların coğrafiyası Azərbaycan, Argentina, Litva, Ukrayna, Rusiya, Slovakiya, Pakistan və Fransaya təqdim olunub. Konfransda dünyanın 15 ölkəsindən 200 nəfərə yaxın nümayəndənin iştirakı gğzlənilir.

Xəbər lenti

Xəbər lenti